Bakı. 14 iyul. REPORT.AZ/ “Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsiplərinə sadiq qalır”.
“Report” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe ölkəsinin milli bayramı – Bastiliyanın alınması günü münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, yüksək səviyyədə mütəmadi görüşlərin keçirilməsi Fransanın bu problemin həllinə sadiqliyinin göstəricisidir.
Səfir bildirib ki, iki ölkə arasında münasibətlər möhkəm əməkdaşlığa söykənir: "Bundan başqa, Fransa və Azərbaycan Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün fəal dialoq aparır".
A.Buşe qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü qəbul etməyə hazırdır".