Almaniya səfiri: "Azərbaycan və Ermənistan XİN başçılarının görüşü müsbət siqnaldır"

Almaniya səfiri: "Azərbaycan və Ermənistan XİN başçılarının görüşü müsbət siqnaldır" Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir və biz ATƏT-in Minsk qrupunun həmsədrlərinə münaqişənin sülh yolu ilə həllini təşviq etdiyinə görə təşəkkür edirik.
Qarabağ
30 Sentyabr , 2019 12:28
Almaniya səfiri: Azərbaycan və Ermənistan XİN başçılarının görüşü müsbət siqnaldır
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq / Report / Sultana Ahmadbayli

"Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir və biz ATƏT-in Minsk qrupunun həmsədrlərinə münaqişənin sülh yolu ilə həllini təşviq etdiyinə görə təşəkkür edirik".

"Report" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib.

"Bilirəm ki, belə hallarda hər kəs problemin tezliklə həll olunmasını istəyir, amma reallıqda səbr və vaxt lazımdır. Biz Almaniyanın parçalanmasının da şahidi olmuşuq. Ancaq zamanla hər şey həll olundu", - o bildirib.

Almaniya səfiri həmçinin sentyabrın 24-də Nyu-Yorkda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü də alqışlayıb: "Düzdür, bu görüş münaqişənin həllinə səbəb olmadı, ancaq iki nazirin görüşməsi faktının özü müsbət siqnaldır".

Son xəbərlər

Orphus sistemi