Səfir: "Aİ Qarabağla bağlı qərarların həyata keçirilməsində iştirak etməyə hazırdır"

Səfir: "Aİ Qarabağla bağlı qərarların həyata keçirilməsində iştirak etməyə hazırdır" Petr Svitalski: "Aİ regionda rolunu və iştirakını yüksəltmək niyyətindədir"
Qarabağ
4 İyul , 2016 20:09
Səfir: Aİ Qarabağla bağlı qərarların həyata keçirilməsində iştirak etməyə hazırdır

Bakı. 4 iyul. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber iyulun 5-də Ermənistana səfər edəcək. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin Ermənistan nümayəndəliyinin rəhbəri, səfir Petr Svitalski bildirib.  

Onun sözlərinə görə, səfər çərçivəsində Herbert Zalberin Ermənistan prezidenti Serj Sarqsyan, XİN başçısı Edvard Nalbandyan və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. 

"Bu səfər Aİ-nin regionda rolunu və iştirakını artırmaq niyyətində olduğunu göstərir. Biz ittifaqın yardım göstərən, dəstək olan tərəfdaş kimi qəbul edilməsini istəyirik. Aİ-nin strategiyasında əsas yerlərdən birini münaqişələrin həllinə kompleks yanaşma təşkil edir", - deyə P.Svitalski vurğulayıb. 

O, həmçinin qeyd edib ki, Aİ Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin yekununda əldə oluna biləcək qərarların həyata keçirilməsində iştirak etməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi