Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə görə narahatdır. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.
"Həmsədr Uorlikin də qeyd etdiyi kimi, bu cür hadisələr bizi çox narahat edir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti münaqişənin sülh yolu ilə həlli və vəziyyətin gərginləşməsinin qarşısının alınmasına yönəlib", - səfir bildirib.
"Bəziləri
Jurnalistlərin suallarını cavablandıran səfir ABŞ-ın Azərbaycanla ticari əlaqələrin inkişafında maraqlı olduğunu və kənd təsərrüfatı, həmçinin özəl sektorun inkişafı, nəqliyyat layihələrinin həyata keçirilməsi kimi istiqamətlərdə birgə əməkdaşlığa hazır olduqlarını ifadə edib.