Yuxarı

Səfir: "ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib"

Səfir: "ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib"
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycana səfər edəcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ "ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Azərbaycan və Ermənistan ilə bu münaqişənin həlli üçün səylərini davam etdirir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir xatırladıb ki, sabah ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, səfərdə məqsəd tərəfləri yaxınlaşdırmağa cəhd etmək və münaqişənin həllinə təkan verməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi