Bakı. 10 fevral. REPORT.AZ/ "Rusiya hesab edir ki, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli qəbuledilməz və perspektivsizdir".
"Report" "Rossiya-24" telekanalına istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin söyləyib.
"Biz dəfələrlə qeyd etmişik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli tamamilə qəbuledilməz və perspektivsizdir. Biz həmişə münaqişənin həmsədrlər - ABŞ, Fransa və Rusiya olan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə tənzimlənməsində israr etmişik", - səfir bildirib.
Onun sözlərinə görə, danışıqlar masası arxasında qəbul edilən qərar uzunmüddətli münasibətlərin qurulması üçün yeganə vasitədir: "Hər iki tərəfi qane edən istənilən qərar bizim üçün də qəbulediləndir".