Rusiyanın ATƏT-dəki nümayəndəsi: "Həmsədrlərin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünün məhsuldar olacağına inanırıq"

Rusiyanın ATƏT-dəki nümayəndəsi: "Həmsədrlərin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünün məhsuldar olacağına inanırıq" "Prezidentlərin Cenevrə görüşündən sonra qeyd etdikləri konstruktiv ab-havanın danışıqlar zamanı qorunub saxlanılacağına ümid edirik"
Qarabağ
10 Noyabr , 2017 10:05
Rusiyanın ATƏT-dəki nümayəndəsi: Həmsədrlərin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünün məhsuldar olacağına inanırıq
Sputnik / Кирилл Каллиников

Bakı. 10 noyabr. REPORT.AZ/ "Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bu ilin sonuna qədər keçirilməsi planlaşdırılan görüşünün məhsuldar olacağına inanırıq".

"Report" xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç noyabrın 9-da Vyanada keçirilən təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib.

"Azərbaycan və Ermənistan prezidentlərinin bu il oktyabrın 16-da Cenevrədə uzunmüddətli fasdilədən sonra keçirilən görüşü ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin mühüm nəticəsi oldu. Görüşdən sonra tərəflərin danışıqlar prosesini intensivləşdirəcəyi barədə razılaşması vacib məqamdır. Prezidentlərin Cenevrə görüşündən sonra qeyd etdikləri konstruktiv ab-havanın danışıqlar zamanı qorunub saxlanılacağına ümid edirik", - A.Lukaşeviç bildirib.

"Rusiya BMT Təhlükəsizlik Şurası tərəfindən kollektiv vasitəçi kimi təsdiq olunan ATƏT-in Minsk qrupunun digər həmsədr üzvləri ilə koordinasiya şəklində Dağlıq Qarabağ məsələsinin nizamlanması üçün qarşılıqlı razılıq əsasında həll yollarının axtarılmasında tərəflərə hər cür yardımı davam etdirməyə hazırdır. Həmsədrlərin qarşıdan gələn əlaqələrinin uzun sürən bu münaqişənin sülh yolu ilə həllinə əlavə təkan verəcəyinə ümidvarıq", - Rusiyanın daimi nümayəndəsi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi