Rusiyalı deputat: "Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir"

Rusiyalı deputat: "Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir" Rusiya Dövlət Dumasında Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev həmkarlarından Konstantin Zatulinin “Rusiya Dağlıq Qarabağı dəstəkləyir” məzmunlu açıqlamasını şərh edib.
Qarabağ
14 Oktyabr , 2019 16:32
Rusiyalı deputat: Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir
Dmitri Savelyev

Rusiya Dövlət Dumasında Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev həmkarlarından Konstantin Zatulinin “Rusiya Dağlıq Qarabağı dəstəkləyir” məzmunlu açıqlamasını şərh edib.

“Report”un Rusiya bürosu xəbər verir ki, şərhdə bu cür bəyanatların “çox qəribə” olduğu, çünki Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı rejimin heç kim, o cümlədən elə Ermənistanın özü tərəfindən tanınmadığı qeyd olunur.

“Rusiyanın rəsmi mövqeyi çox qəti ifadə olunub: Azərbaycanla Ermənistan arasındakı ərazi münaqişəsi sırf beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Məhz ona görə də dövlətimiz vətəndaşları adından heç bir “Artsax”ı tanımır. Münaqişənin iki tərəfi var, bu da Azərbaycan və Ermənistandır. Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş torpağıdır. Yüzlərlə dinc azərbaycanlının öldürüldüyü Xocalı faciəsi indiyədək hərbi cinayət əməli kimi tanınmayıb. Bunu həll etmək, həlak olmuş, ev-eşiyini itirmiş insanlar üçün haqq-ədaləti bərpa etmək lazımdır”, - rusiyalı deputat vurğulayıb.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi