"Deputatı Aleksey Vinoqradov olduqca cəsarətli addım atıb".
Bunu "Report"un Rusiya bürosunun müxbirinə ekspert Yevgeni Mixaylov Rusiyanın Krasnodar diyarının Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradovun erməni faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərini boyaması məsələsinə münasibət bildirərkən deyib.
"Bu problem uzun müddətdir Armavirdə var idi. Çoxları faşist Almaniyası ilə əlbir olan şəxsə xatirə lövhəsi qoyulduğuna görə narazılığını bildirirdi. Lövhə artıq azı beş-altı ildir qoyulub. Narazılıqlar dərhal başlamışdı, amma ölkəmizin cənubunda çox sayda erməninin yaşaması səbəbindən sakinlər heç bir şey edə bilmirdilər. Ta ki siyasi konyuktura dəyişənə qədər. İndi görürük ki, o dəyişib", - rusiyalı ekspert hesab edir.
"Birincisi, Azərbaycan Prezidenti
"Nikol Paşinyan Ermənistanın bir çox sahələrdə, o cümlədən faşistlərin qəhrəmanlaşdırılması baxımından heç də eyni istiqamətdə irəliləməmələri ilə bağlı siyasətçilərimizin gözlərini açdı", - rusiyalı politoloq əlavə edib.
Onun sözlərinə görə, heç kim bu addıma görə deputat A.Vinoqradovu çox adamın arzuladığı kimi cəzalandırmayacaq: "O, vətəndaş qəhrəmanlığı edib. O, çox sayda zəngin və nüfuzlu ermənilərin yaşadığı şəhərdə hökumətin, yerli hakimiyyətin etməli olduğunu edib. Düzdür, özəl ərazi barədə qanun var. Ancaq Rusiyada bayram olmadığı halda, hətta Rusiya bayrağını da fərdi evlərdən asmaq olmaz. Burada isə söhbət özəl ərazidə açıq-aydın faşist olan birisinin abidəsindən gedir".
Xatırladaq ki, dünən Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Nümayişçilər Q.Njdenin xatirə lövhəsinin üzərini rəngləmiş deputat A.Vinoqradovun hərəkətindən narazılıqlarını bildiriblər.