Rusiyalı ekspert: "Ermənistanın indiki rəhbərliyi ilə razılaşmaq mümkün deyil"

Rusiyalı ekspert: "Ermənistanın indiki rəhbərliyi ilə razılaşmaq mümkün deyil" Yevgeni Mixaylov: "Milanda keçiriləcək görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir müsbət dəyişikliyə səbəb olmayacaq"
Qarabağ
4 Dekabr , 2018 15:44
Rusiyalı ekspert: Ermənistanın indiki rəhbərliyi ilə razılaşmaq mümkün deyil
Yevgeni Mixaylov

Bakı. 4 dekabr. REPORT.AZ/ "Milanda keçiriləcək görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir müsbət dəyişikliyə səbəb olmayacaq".

Bunu "Report"a açıqlamasında rusiyalı ekspert Yevgeni Mixaylov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 5-də Milan şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutacaq görüşünə münasibət bildirərkən deyib.

"Həm ATƏT-in Minsk qrupunun, həm də bir sıra Avropa ölkələrinin səylərinə baxmayaraq, hazırda Ermənistanın mövcud rəhbərliyinin danışıqlar apara bilmək qabiliyyəti yoxdur", - Y.Mixaylov bildirib.

Onun fikrincə, dekabr ayında keçiriləcək parlament seçkilərinin nəticəsində hakimiyyətə "Sasna Tsrer" kimi ultramillətçilər gələcək: "Onların Nikol Paşinyanın (baş nazir əvəzi - red.) siyasi bəyanatlarını tam şəkildə dəstəklədiklərini nəzərə alaraq ehtimal etmək olar ki, Yerevan, çətin ki, öz istəyi ilə Qarabağın statusu ilə bağlı sülh danışıqlarına başlamağa razılıq versin".

O bildirib ki, Milanda Ermənistan tərəfi yenidən danışıqlar prosesində separatçı rejimin nümayəndələrinin iştirakı məsələsini qaldıra bilər: "Amma bu addım heç yerə aparmayacaq. Rəsmi Bakının buna qarşı olduğunu bilirik, odur ki, daha əvvəl də dediyim kimi, XİN başçılarının görüşünün nəticəsi sıfıra bərabər olacaq".

Son xəbərlər

Orphus sistemi