Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub"

Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub" "Ermənistanın işğal etdiyi rayonların qaytarılması prosesi yaxın gələcəkdə baş verə bilər"
Qarabağ
15 Noyabr , 2017 17:10
Rusiyalı ekspert: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub
Yevgeni Mixaylov

Bakı. 15 noyabr. REPORT.AZ/ "Son zamanlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində irəliləyiş əldə olunub".

Bunu "Report"a rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

"Demək olar, 30 il ərzində ATƏT missiyası faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir məsələni həll etməyib. Amma məhz son zamanlarda vəziyyəti həll etməyə doğru fəal hərəkətlərə başlanılıb", - Y.Mixaylov vurğulayıb.

Onun fikrincə, bu aktivliyi həmçinin daim mülki forumların təşkil edilməsi, müntəzəm görüşlərin keçirilməsi faktlarında da müşahidə etmək olar.

Ekspertin fikrincə, müntəzəm olaraq danışıqlar prosesində vasitəçi kimi çıxış edən Rusiya və Azərbaycan prezidentlərinin görüşləri keçirilir, münaqişənin həlli məsələsi istənilən müzakirə mövzusu ilə paralel şəkildə aparılır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun noyabrın 16-da Moskvaya səfəri və onun münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşıdakı görüşünü şərh edən politoloq bildirib ki, Moskvada keçiriləcək görüş Dağlıq Qarabağ münaqişəsinin mümkün həllini daha da sürətləndirəcək.

Onun fikrincə, yaxın zamanlarda Azərbaycanın işğal olunmuş rayonlarından azı beşinin işğaldan azad olunmasını gözləmək olar. "Sonrakı hadisələr isə gələcəyin işidir", - Y.Mixaylov əlavə edib.

"İndi Ermənistanın özünə kifayət qədər ağırdır, ölkədə çətin iqtisadi vəziyyət yaranıb və Yerevana sonda imtina edə bilməyəcəyi təklif irəli sürülsə, münaqişə həll olunacaq", - ekspert hesab edir.

Onun sözlərinə görə, indi Dağlıq Qarabağ münaqişəsinin yaxın illərdə həll ediləcəyinə inam artıb.

Son xəbərlər

Orphus sistemi