Rusiya XİN: Qarabağ danışıqları danışıq xətrinə aparılmamalıdır
Qarabağ
- 26 avqust, 2020
- 11:28
“Biz Qarabağ məsələsinə dair xeyli söhbət etdik. Birgə istəyimiz bu problemin həlli prosesini davam etdirməkdir”.
“Report” xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi görüşdən sonra mətbuat konfransında dilə gətirib.
“Bu mənada sabit, dayanıqlı danışıqlar prosesinin bərqərar olması üçün zəruri ab-hava yaratmaq vacibdir. Danışıqlar sadəcə danışıq xətrinə yox, Qarabağ münaqişəsinin dinc yolla həll olunması naminə aparılmalıdır”, - Rusiya rəsmisi qeyd edib.
Həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi Rusiyanın danışıqlar prosesini irəli aparmaq üçün lazımi şərait yaratmağa hər cür dəstək verəcəyi də bildirilib.
Son xəbərlər
03:30
Masazırda avtomobil yanıb, ölən və yaralılar var
Hadisə03:15
Nigeriyada qaçırılan 100 məktəbli terrorçuların əlindən azad edilib
Digər ölkələr02:36
Meksikada bomba yüklü avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb
Digər ölkələr02:16
Luvrda subasma nəticəsində yüzlərə tarixi kitab zədələnib
Digər ölkələr01:35
Afrika ölkələri Benində qoşun yerləşdirəcək
Digər ölkələr01:12
Benin Prezidenti: Dövlət çevrilişinə cəhdin qarşısı alınıb
Digər ölkələr01:03
Nigeriya qırıcıları Benində çevrilişə cəhd edənləri bombalayıb
Digər ölkələr00:47
Sumqayıtda 7 aylıq körpə qızdırmadan ölüb
Hadisə00:17