Bakı. 22 Aprel. REPORT.AZ/ 1994 və 1995-ci illərdə Dağlıq Qarabağda atəşkəsə dair əldə olunan sazişlər müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
"Rusiya tərəfi Dağlıq Qarabağda vəziyyətin inkişafı kontekstində 1994 ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsinə haqqında sazişin müddətsiz xarakter daşıması və münaqişə zonasında əvvəlki kimi sülhün əsasını təşkil etməsi mövqeyindən çıxış edir", — deyə məlumatda bildirilir.
Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk qrupu həmsədrləri “üçlüyü”nün ümumi yanaşmasına tam uyğun olan bu prinsipial mövqe Rusiyanın ATƏT yanındakı daimi nümayəndəliyinin aprelin 12-də Azərbaycan daimi nümayəndəliyinə ünvanladığı notada öz əksini tapıb.