Rusiya XİN rəhbəri: Biz Dağlıq Qarabağ münaqişəsi üzrə işi davam etdirmək niyyətindəyik

Rusiya XİN rəhbəri: Biz Dağlıq Qarabağ münaqişəsi üzrə işi davam etdirmək niyyətindəyik "Biz əsir və girov götürülmüş şəxslərlə bağlı məsələyə ciddi yanaşırıq"
Qarabağ
5 Dekabr , 2014 15:08
Rusiya XİN rəhbəri: Biz Dağlıq Qarabağ münaqişəsi üzrə işi davam etdirmək niyyətindəyik

Bakı. 5 dekabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədr ölkələri  Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə işi davam etdirmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə keçirilən ATƏT XİNŞ-in 21-ci iclası çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib. 

"Dağlıq Qarabağ münaqişəsi mürəkkəb və uzun müddətdir davam edən prosesdir. Bu müddət ərzində mövqelər dəyişib və biz bu mövqeləri ümumi məxrəcə gətirməyə çalışırıq", -  S.Lavrov bildirib. 

O qeyd edib ki, həll ərazi bütövlüyü, güc tətbiqindən çəkinmək və millətlərin öz müqəddəratını təyinetmə hüququna hörmət prinsipləri əsasında tapılmalıdır. 

"Əminəm ki, bu istiqamətdə işi davam etdirəcəyik", - nazir əlavə edib.

S.Lavrov Ermənistanda əsir götürülmüş azərbaycanlılarla bağlı məsələni şərh edərkən bildirib: "Əsir və girov götürülmüş şəxslərlə bağlı məsələyə ciddi yanaşmaq lazımdır. Biz bütün əsirlərin azad olunması və ya dəyişdirilməsinin tərəfdarıyıq". 

Son xəbərlər

Orphus sistemi