Yuxarı

Rusiya XİN: Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfəri şəxsi xarakter daşıyıb

Rusiya XİN Qarabağ separatçılarının bu ölkəyə səfərini dəyərləndirib

“Adıçəkilən şəxslərin bu səfəri həyata keçirilsə belə, sırf şəxsi xarakter daşıyıb. Bu nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Dağlıq Qarabağ münaqişəsinin həllindəki Rusiyanın vəzifələrinə zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxslərilə hər hansı görüş keçirilməyib”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin Dağlıq Qarabağda işğalçı Ermənistanın qurduğu separatçı rejimin nümayəndələri Masis MayilyanLernik Hovhannisyanın Moskvaya səfərilə bağlı bəyanatında yer alıb.

Bəyanatda Rusiyanın qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığına görə qanunsuz rejimin “nümayəndələrinin” rəsmi qurumlar tərəfindən suveren dövlətin diplomatik missiyası qismində qeydiyyata alınmadığı da qeyd olunub.

“Biz öz tərəfimizdən həm ATƏT-in Dağlıq Qarabağ məsələsinə dair Minsk qrupu həmsədrlərindən biri kimi, həm də milli baxımdan Azərbaycan və Ermənistanla münasibətlərimizi nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da dəstək verəcəyik”, - Rusiya XİN-in bəyanatında bildirilir.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Rusiyaya nota verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi