Yuxarı

Rusiya XİN: Lapşinə peşəkar vəkil yardımı edilir

Rusiya XİN: Lapşinə peşəkar vəkil yardımı edilir
Mariya Zaxarova: Bu məsələni diqqət mərkəzində saxlayırıq

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyi bloger Aleksandr Lapşinin işi ilə əlaqədar hüquq-mühafizə orqanları, Baş Prokurorluq və Azərbaycan Xarici İşlər Nazirliyi, eləcə də İsrailin Bakıdakı səfirliyi ilə daimi əlaqədədir.

"Report" xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Səlahiyyətlərimiz çərçivəsində Rusiya vətəndaşına yardım etmək üçün bütün tədbirləri görürük. Bu məsələni diqqət mərkəzində saxlayırıq. Lapşinə peşəkar vəkil yardımı edilir, sonrası məhkəmənin hökmü olacaq", - deyə o vurğulayıb.

M.Zaxarova həmçinin KİV-i dəqiq olmayan, yoxlanılmamış məlumatları yaymaqdan çəkinməyə çağırıb.

Xatırladaq ki, iki vətəndaşlığı (İsrayil və Rusiya) olan A.Lapşin dekabrın 14-də Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. Onun barəsində dövlətlərarası axtarış elan edilmişdi.

Belarus hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər çərçivəsində A.Lapşin saxlanılıb. O, fevralın 7-də Azərbaycana ekstradisiya edilib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi