Rusiya XİN-in sözçüsü: "Azərbaycan və Ermənistana istənilən silah tədarükü regionda qüvvələr balansını nəzərə almaqla həyata keçirilir"

Rusiya XİN-in sözçüsü: "Azərbaycan və Ermənistana istənilən silah tədarükü regionda qüvvələr balansını nəzərə almaqla həyata keçirilir" Mariya Zaxarova: "Rusiya silah tədarükü məsələsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edir"
Qarabağ
25 Fevral , 2016 18:06
Rusiya XİN-in sözçüsü: Azərbaycan və Ermənistana istənilən silah tədarükü regionda qüvvələr balansını nəzərə almaqla həyata keçirilir

Bakı. 25 fevral. REPORT.AZ/ "Rusiya tərəfdən həm Ermənistana, həm də dost Azərbaycana istənilən silah tədarükü regionda qüvvələr balansını nəzərə almaqla həyata keçirilir".

"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya Ermənistanla müttəfiq münasibətlərə malikdir. Bu ölkəylə həmçinin hərbi-texniki əməkdaşlığı da inkişaf etdiririk", - deyə M.Zaxarova bildirib.

O bu faktın Azərbaycanda anlayışla qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.

"Rusiya silah tədarükü məsələsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edir, müvafiq qanunvericilikdə göstərildiyi kimi, ciddi ixrac nəzarəti sistemi çərçivəsində fəaliyyət göstərir", - deyə M.Zaxarova vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin qüvvəyə minməsiylə əlaqədar Rusiya XİN-ə nota ünvanlamışdı.

Son xəbərlər

Orphus sistemi