Rusiya XİN: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işləyir

Rusiya XİN: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işləyir "Qarabağ münaqişəsi Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir"
Qarabağ
17 Avqust , 2017 17:25
Rusiya XİN: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işləyir

Bakı. 17 avqust. REPORT.AZ/ "Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasına yönəldilmiş tədbirləri dəstəkləyib".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konkret addımlar atmağın vacibliyi fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə konkret addımların zəruriliyi barədə həmsədrlər bəyanat veriblər, Vyana və Sankt-Peterburq sammitlərində bu barədə danışılıb: "Ancaq münaqişənin nizamlanması üçün bu addımların atılması münaqişə tərəflərinin humanist iradəsindən asılıdır".

M.Zaxarova Rusiyanın vəziyyəti sabitləşdirmək və danışıqlar prosesinin davam etdirilməsi üçün əlindən gələn hər şeyi etdiyini vurğulayıb: "Bu ilin aprel ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iclası zamanı məhz bu cür yanaşma var idi".

Rusiya XİN rəsmisi həmçinin hazırda həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işlədiyini bildirib: "Məsləhətləşmələr BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində davam etdiriləcək".

Sonda M.Zaxarova Qarabağ münaqişəsinin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi