Rusiya XİN ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmasını şərh edib

Rusiya XİN ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmasını şərh edib "Qarabağ münaqişəsində növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik"
Qarabağ
6 İyul , 2017 12:21
Rusiya XİN ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmasını şərh edib

Bakı. 6 iyul. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi bügünlərdə Füzuli rayonunun Alxanlı kəndində baş verən son insident zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı diləyir.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarabağ münaqişəsində növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik. Tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün zəruri tədbirləri görməyə çağırırıq", - M.Zaxarova vurğulayıb.

O, rəsmi Moskvanın ATƏT-in Minsk qrupunun zorakılığın dayandırılması və müzakirələrə yenidən başlamaqla bağlı son bəyanatını dəstəklədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi