Rusiya XİN: Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər

Rusiya XİN: Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar formatını dəyişdirməyə qərar verərsə, Rusiya tərəflərin fikirlərinə hörmət edəcək.
Qarabağ
15 Mart , 2019 15:50
Rusiya XİN: Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar formatını dəyişdirməyə qərar verərsə, Rusiya tərəflərin fikirlərinə hörmət edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi dəfələrlə danışıqların formatı barədə fikrini bildirib. Bunun dəyişdirilməsi yalnız tərəflərin razılığı əsasında ola bilər", - o deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri də belə mövqe tutur və bunu onların son bəyanatında da görmək olar.

Son xəbərlər

Orphus sistemi