Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Moskvada keçirilən məsləhətləşmələri şərh edib

Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Moskvada keçirilən məsləhətləşmələri şərh edib Mariya Zaxarova: "Yaxın zamanda nazirlər səviyyəsində görüş olacağı barədə heç bir məlumatım yoxdur"
Dağlıq Qarabağ münaqişəsi
15 Sentyabr , 2016 12:01
Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Moskvada keçirilən məsləhətləşmələri şərh edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrlərinin Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

O, görüşün yekunlarına dair rəsmi məlumat dərc olunduğunu xatırladıb.

Yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nazirlər səviyyəsində görüşün keçirilməsi ehtimalı barədə danışan M.Zaxarova qeyd edib ki, bu barədə heç bir məlumata malik deyil.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmələr Moskvada sentyabrın 8-də keçirilib.