Rusiya XİN: Dağlıq Qarabağ məsələsi ilə bağlı Moskva və Bakı arasında görüşlər keçirilməsi planlaşdırılır

Rusiya XİN: Dağlıq Qarabağ məsələsi ilə bağlı Moskva və Bakı arasında görüşlər keçirilməsi planlaşdırılır Zaxarova: "Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Münhen Konfransı çərçivəsində görüşü barədə məlumatımız yoxdur"
Qarabağ
15 Fevral , 2017 12:41
Rusiya XİN: Dağlıq Qarabağ məsələsi ilə bağlı Moskva və Bakı arasında görüşlər keçirilməsi planlaşdırılır

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyinin qarşıdan gələn Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi barədə məlumatı yoxdur.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Dağlıq Qarabağ məsələsi yaxın zamanlarda Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Edvard Nalbandyan arasında keçiriləcək görüşdə müzakirə olunacaq və bu barədə daha əvvəl məlumat verilib. Orta müddətli perspektivdə azərbaycanlı həmkarlarla müvafiq səviyyədə görüşlər keçirilməsi planlaşdırılır və əlbəttə ki, bu mövzu da müzakirə olunacaq", - deyə M.Zaxarova vurğulayıb.

Son xəbərlər

Orphus sistemi