Bakı. 2 noyabr. REPORT.AZ/ "Ermənistanda daxili proseslər başa çatmayanadək
“Report” xəbər verir ki, bunu ATƏT-in Baş katibi Tomas Qremingerlə danışıqlarının yekunlarına dair brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O deyib ki, Rusiya ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Məhz bu formatda son illər Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun açılması üçün kifayət qədər gərgin səylər göstərilib.
Rusiyalı nazirin sözlərinə görə, Düşənbədə Ermənistan Baş naziri əvəzi Nikol Paşinyanla Azərbaycan Prezidenti
“Biz belə bir razılaşmanı alqışlayırıq, hərçənd Ermənistanda indi müşahidə etdiyimiz yetərincə gərgin daxili təbədüllatlar bitməyinədək bu böhranı aradan qaldırmaq, Dağlıq Qarabağ münaqişəsinin dolğun həllinin konkret variantlarına dair ciddi müzakirələr aprmaq çətin mümkün olsun”, – S.Lavrov deyib.
Rusiyanın XİN rəhbəri Ermənistanın dekabr ayında keçiriləcək parlament seçkilərinə hazırlaşdığını xatırladıb.