Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır"

Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır" Bakı. 19 fevral. REPORT.AZ/ Sədrin belə mövqeyinə görə minnətdarıq. Rusiya, ABŞ və Fransadan olan həmsədrlər sıx əlaqədə işləyirlər. Onlar Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni əlaqələr hazırlanır.
Qarabağ
19 Fevral , 2019 14:34
Rusiya XİN başçısı: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır
Report/ Elshan Baba

Bakı. 19 fevral. REPORT.AZ/ "Sədrin belə mövqeyinə görə minnətdarıq. Rusiya, ABŞ və Fransadan olan həmsədrlər sıx əlaqədə işləyirlər. Onlar Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni əlaqələr hazırlanır".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada slovakiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşdən sonra deyib.

Onun sözlərinə görə, Ermənistanda bu yaxınlarda yeni hökumət formalaşdığını nəzərə alaraq, bu mərhələdə həll proseslərinin nə qədər dərinləşdirilməsinin mümkünlüyünü başa düşmək üçün, təbii ki, bir az əlavə vaxta ehtiyac var.

"Həmsədrlər və ATƏT yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilər. Qərarlar tərəflər arasında birbaşa danışıqlarda birbaşa söhbət zamanı qəbul edilməlidir", - Rusiya XİN başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi