Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in potensialından istifadə etmək vacibdir"

Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in potensialından istifadə etmək vacibdir" Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb
Qarabağ
3 Noyabr , 2017 13:11
Rusiya XİN başçısı: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in potensialından istifadə etmək vacibdir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov / Report/ Firi Salim

Bakı. 3 noyabr. REPORT.AZ/ "ATƏT-in potensialından münaqişələrin həllinə, xüsusilə Ukraynada, Dnestryanıda, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yardım məqsədi ilə istifadə etmək vacibdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Qreminger ilə görüşündə deyib.

S.Lavrovun sözlərinə görə, belə yanaşma ümumi problemlərin həllində kollektiv qərarvermə işində ATƏT-in ciddi potensialını ortaya qoya bilər.

Son xəbərlər

Orphus sistemi