Rusiya XİN başçısı Bakı və Yerevana qarşıdakı səfərlərini şərh edib

Rusiya XİN başçısı Bakı və Yerevana qarşıdakı səfərlərini şərh edib Səfər zamanı Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər çərçivəsində vəziyyət nəzərdən keçiriləcək
Qarabağ
14 Noyabr , 2017 16:19
Rusiya XİN başçısı Bakı və Yerevana qarşıdakı səfərlərini şərh edib

Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftənin əvvəlində Bakı və Yerevana səfər etməyi planlaşdırır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə nazirin özü mətbuat konfransında bildirib.

"Gələn həftənin əvvəlində Yerevan və Bakıya səfərlərim planlaşdırılır. Bu səfərlər, ilk növbədə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub", - S.Lavrov deyib.

Onun sözlərinə görə, səfər zamanı regional və beynəlxalq problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vəziyyət müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi