Rusiya XİN: Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsiylə bağlı sənədə prinsipial razılıq verib

Rusiya XİN: Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsiylə bağlı sənədə prinsipial razılıq verib "Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə münaqişə zonasında gərginliyin azaldılmasını dəstəkləyir"
Qarabağ
31 Yanvar , 2018 17:26
Rusiya XİN: Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsiylə bağlı sənədə prinsipial razılıq verib
Mariya Zaxarova

Bakı. 31 yanvar. REPORT.AZ/ "Azərbaycan və Ermənistan Dağlıq Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi barədə sənəd çərçivəsində hələ bəzi texniki detalları tam razılaşdırmalıdır və yalnız bundan sonra genişləndirmə mexanizmi işə düşəcək".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə təmas xəttində gərginliyin azaldılmasını dəstəkləyir və münaqişə zonasında ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi üçün səylər göstərir", - o bildirib.

O, Qarabağ məsələsinin Rusiya prezidentinin 2016-cı ilin iyun ayında Sankt-Peterburqda Azərbaycan və Ermənistan dövlət başçıları ilə görüşləri zamanı, eləcə də Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən ilin noyabr ayında Bakı və Yerevana səfərləri zamanı müzakirə olunduğunu xatırladıb.

"ATƏT çərçivəsində əlavə müşahidəçilərin fəaliyyətini tənzimləyən sənədin bir neçə versiyası hazırlanıb", - diplomat qeyd edib.

O bildirib ki, yanvarın 18-də iki ölkənin xarici işlər nazirlərinin Krakovda həmsədrlər tərəfindən təşkil edilən görüşündə tərəflərə yenilənmiş təkliflər təqdim edilib: "Nazirlər vasitəçilər tərəfindən sənədin hazırlanmasına prinsipial razılıq veriblər. Bəzi texniki detallar qalır. Missiyanın genişləndirilməsi mexanizminin başlamasından əvvəl tərəflər bu detalları tam razılaşdırmalıdır".

Son xəbərlər

Orphus sistemi