Rusiya və Fransa prezidentləri regional münaqişələrin nizamlanmasını müzakirə ediblər

Rusiya və Fransa prezidentləri regional münaqişələrin nizamlanmasını müzakirə ediblər Putin və Makron regional münaqişələri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Dağlıq Qarabağ münaqişəsi
20 Avqust , 2019 21:34
Rusiya və Fransa prezidentləri regional münaqişələrin nizamlanmasını müzakirə ediblər

Rusiya və Fransa prezidentləri - Vladimir Putin və Emmanuel Makron Breqansonda keçirilmiş görüşün gedişatında regional münaqişələrin nizamlanmasını müzakirə ediblər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, qeyd edib ki, dövlət başçıları arasındakı danışıqlar dolğun, konstruktiv və etibarlı olub.

Mətbuat katibi qeyd edib ki, görüşdə çoxsaylı dövlətlərarası problemlərə - Balkanlar, habelə Dağlıq Qarabağ, eləcə də digər münaqişələrə toxunulub. 

Dövlət başçıları iqlim dəyişikliyi üzrə danışıqlara kifayət qədər ciddi yanaşıblar. Görüşdə o cümlədən Arktikanın mənimsənilməsi də diqqət mərkəzində olub.

Liderlər müzakirələrin gedişatında ikitərəfli məsələlərə də toxunublar. 

Orphus sistemi