Rusiya və Ermənistan XİN başçıları münaqişənin nizamlanmasını müzakirə ediblər

Rusiya və Ermənistan XİN başçıları münaqişənin nizamlanmasını müzakirə ediblər Lavrov: "Mnatsakanyanın Rusiyaya səfəri çoxdan razılaşdırılmışdı"
Qarabağ
12 Oktyabr , 2020 16:45
Rusiya və Ermənistan XİN başçıları münaqişənin nizamlanmasını müzakirə ediblər
Zöhrab Mnatsakanyan və Sergey Lavrov

Moskvada Rusiya və Ermənistanın xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan arasında danışıqlar baş tutub.

“Report”un Rusiya bürosunun məlumatına görə, danışıqlardan sonra nazirlərin birgə mətbuat konfransı keçirilib.

S.Lavrov erməni nazirin Rusiyaya səfərinin çoxdan razılaşdırıldığını və tərəflərin yalnız Dağlıq Qarabağdakı vəziyyəti deyil, həm də ölkələr arasında ikitərəfli əməkdaşlığın bütün spektrini müzakirə etdiklərini vurğulayıb.

Xatırladaq ki, bu gün Ermənistan xarici işlər nazirinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə də görüşü planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi