Rusiya və Ermənistan XİN başçıları Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər

Rusiya və Ermənistan XİN başçıları Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər Bakı. 8 dekabr. REPORT.AZ/ Ermənistan və Rusiya xarici işlər nazirləri - Edvard Nalbandyan və Sergey Lavrov Vyanada ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının plenar iclası çərçivəsində ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə ediblər.
Qarabağ
8 Dekabr , 2017 20:01
Rusiya və Ermənistan XİN başçıları Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər

Bakı. 8 dekabr. REPORT.AZ/ Ermənistan və Rusiya xarici işlər nazirləri - Edvard Nalbandyan və Sergey Lavrov Vyanada ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının plenar iclası çərçivəsində ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə ediblər.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in Mətbuat xidməti məlumat yayıb.

"Görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyəti, iki dövlət başçısının əldə etdiyi razılaşmaların həyata keçirilməsi və ATƏT-in fəaliyyətinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıblar", - Ermənistan XİN-in saytında bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, nazirlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini nəzərdən keçiriblər.

Son xəbərlər

Orphus sistemi