Rusiya və Ermənistanın XİN başçıları Qarabağ münaqişəsini müzakirə edib

Rusiya və Ermənistanın XİN başçıları Qarabağ münaqişəsini müzakirə edib Rusiya və Ermənistanın xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Qarabağ
9 İyul , 2019 15:52
Rusiya və Ermənistanın XİN başçıları Qarabağ münaqişəsini müzakirə edib
РИА "Новости"

Rusiya və Ermənistanın xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş Slovakiyanın Vısoke- Tatrı şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi iclası çərçivəsində baş tutub.

"Görüşdə Mnatsakanyan və Lavrov Ermənistan-Rusiya müttəfiqlik gündəliyində olan məsələləri, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər", - Ermənistan XİN-in məlumatında deyilir.

Xarici işlər nazirləri həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər.

Son xəbərlər

Orphus sistemi