Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər

Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər Görüş mətbuata qapalı formatda keçib
Qarabağ
21 Noyabr , 2017 10:55
Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər
Sputnik/ Асатур Есаянц

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Edvard Nalbandyan ilə danışıqlar aparıb.

"Report" TASS-a istinadən xəbər verir ki, görüş mətbuata qapalı formatda keçib.

Danışıqların gündəliyində ikitərəfli əməkdaşlıq, Avrasiya İqtisadi Birliyi, KTMT və MDB xətti ilə xarici siyasət üzrə qarşılıqlı münasibətlər, BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) çərçivəsində mövqelərin koordinasiyası məsələləri yer alıb.

Diplomatik nümayəndəliklərin rəhbərləri regionda təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi