Xələf Xələfov: "Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması Qarabağ münaqişəsinin həll olunmasında öz rolunu oynaya bilər"

Xələf Xələfov: "Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması Qarabağ münaqişəsinin həll olunmasında öz rolunu oynaya bilər" "Biz bunu gözləyirik"
Dağlıq Qarabağ münaqişəsi
107
12 Dekabr , 2014 11:52
Xələf Xələfov: Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması Qarabağ münaqişəsinin həll olunmasında öz rolunu oynaya bilər

Bakı.12 dekabr. REPORT.AZ/ "Azərbaycanın Gürcüstanla sərhədində heç bir problem yoxdur. Açılması planlaşdırılan yeni sərhəd-keçid məntəqləri ehtiyac olduğuna görə açılır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında yüksək səviyyədə iqtisadi-siyasi əlaqələr mövcuddur: "Sərhəd-keçid məntəqələrinin açılması iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafına daha da şərait yaratmış olacaq". 

Rusiya və Türkiyə arasındakı əlaqələrin yaxınlaşmasının Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcəyini şərh edən nazir müavini deyib ki, Rusiya mövcud münaqişənin həllində vasitəçi rolunu oynayır: "Eyni zamanda, Türkiyə Ermənistanla həmsərhəd dövlət olduğundan düşünürəm ki, Rusiya və Türkiyə münasibətlərinin yaxınlaşması bu münaqişənin həll olunmasında öz rolunu oynaya bilər və biz bunu gözləyirik".

Son xəbərlər

Orphus sistemi