Rusiya səfiri: "MDB ölkələri başçıları Dağlıq Qarabağ münaqişəsini həll etməyə səy göstərirlər"

Rusiya səfiri: "MDB ölkələri başçıları Dağlıq Qarabağ münaqişəsini həll etməyə səy göstərirlər" "MDB ölkələrinin liderləri nüfuzları vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə çalışırlar"
Qarabağ
20 Dekabr , 2016 17:22
Rusiya səfiri: MDB ölkələri başçıları Dağlıq Qarabağ münaqişəsini həll etməyə səy göstərirlər

Bakı. 20 dekabr. REPORT.AZ/ "MDB ölkələrinin liderləri nüfuzları vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə çalışırlar".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə açıqlamasında deyib.

"Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Həmsədrlərdən yalnız bir ölkə - Rusiya MDB-də təmsil olunur. Odur ki, vasitəçilər beynəlxalq səviyyəlidir, MDB-də isə bu münaqişə barədə bilirlər" - səfir söyləyib.

Onun sözlərinə görə, Belarus, Qazaxıstan və digər MDB ölkələrinin liderlərinin mövqeyi elədir ki, onlar nüfuzları, təsir dairələri ilə münaqişənin həlli üçün çalışırlar.

Son xəbərlər

Orphus sistemi