​Rusiya Qarabağ münaqişəsi tərəflərini atəşkəsə riayət etməyə çağırır

​Rusiya Qarabağ münaqişəsi tərəflərini atəşkəsə riayət etməyə çağırır Lukaşeviç: "Yaranmış atəşkəs rejiminə ciddi əməl olunmalıdır"
Qarabağ
5 Aprel , 2016 20:41
​Rusiya Qarabağ münaqişəsi tərəflərini atəşkəsə riayət etməyə çağırır

Bakı. 5 aprel. REPORT.AZ/ Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəsə ciddi şəkildə riayət etməyə çağırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu o, ATƏT-in Daimi Şurasının regiondakı vəziyyətə həsr olunmuş xüsusi iclasında bildirib.

"Tərəfləri atəşi dərhal və tam dayandırmağa və gələcəkdə təmkinlilik nümayiş etdirməyə çağırıram", — deyə o qeyd edib.

Lukaşeviç, həmçinin əlavə edib ki, yaranmış atəşkəs rejiminə ciddi şəkildə əməl olunmalıdır.

Son xəbərlər

Orphus sistemi