Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının qarşıdakı görüşünə münasibət bildirib

Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının qarşıdakı görüşünə münasibət bildirib Mariya Zaxarova: "Effektiv nəticələr və yaxşı ab-hava arzu edirik"
Qarabağ
28 İyun , 2018 17:54
Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının qarşıdakı görüşünə münasibət bildirib

Bakı. 28 iyun. REPORT.AZ/ "Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın qarşıdakı görüşündən effektiv nəticələr gözləyir".

"Report" xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova təmsil etdiyi qurumun nazirlərin qarşıdakı görüşünə dair mövqeyini bildirərkən deyib.

"Belə görüş razılaşdırılarsa və keçirilərsə, həqiqətən, effektiv nəticələr və yaxşı ab-hava arzu edirik. Çünki bu görüş iki dövlətin gündəliyində olan problemlərin həlli üçün xüsusilə vacibdir", - M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi Rusiya üçün beynəlxalq gündəmdəki ən aktual məsələlərdən biridir: "Əldə olunmuş razılaşmalar və qarşılıqlı hörmət əsasında nizamlamanın əldə olunması maraqlarımıza cavab verir. Rusiyanın problemə baza yanaşması dəyişməyib". 

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu yaxınlardakı bəyanatında yaxın zamanlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi