Robert Sekuta: "ABŞ qoşunların təmas xəttində baş verənlərdən narahatdır"

Robert Sekuta: "ABŞ qoşunların təmas xəttində baş verənlərdən narahatdır" "Zorakılığın qeydə alınması münaqişənin nizamlanması üçün atılan addımları əngəlləyir"
Qarabağ
28 Sentyabr , 2015 20:17
Robert Sekuta: ABŞ qoşunların təmas xəttində baş verənlərdən narahatdır

Bakı. 28 sentyabr. REPORT.AZ/ "ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrdən narahatdır".

"Report"un verdiyi məlumata görə, bu barədə Ermənistan-Azərbaycan sərhədində son günlər müşahidə edilən gərginliyi şərh edərkən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

Səfirin sözlərinə görə, münaqişə tərəfləri danışıqlar yolu ilə onun nizama salınması üçün addımlar atmalıdır.

R.Sekuta xatırladıb ki, ötən həftənin sonunda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib. Bu ilin sonunda həmsədrlər prezidentlərin görüşünü təşkil etmək fikrindədir: "Zorakılığın qeydə alınması münaqişənin nizamlanması istiqamətində atılan addımları əngəlləyir".

Bu istiqamətdə birgə addımların atılmasının vacibliyini qeyd edən səfir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün ATƏT-in prinsiplərinə əsaslanmağın zəruri olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi