​“Los Angeles Times”ın ispandilli versiyası: Ermənistan Azərbaycana qarşı cinayətlər törədib

​“Los Angeles Times”ın ispandilli versiyası: Ermənistan Azərbaycana qarşı cinayətlər törədib Yazıda bu gün ölkədə müsəlman, xristian və yəhudilərin sülh və əmin-amanlıq şəraitində yaşadıqları qeyd edilib
Qarabağ
17 Fevral , 2015 11:17
​“Los Angeles Times”ın ispandilli versiyası: Ermənistan Azərbaycana qarşı cinayətlər törədib

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ-ın “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” həftəliyi Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən götürülmüş video-müsahibə və müsahibə əsasında yazılmış məqalə yayıb. Bu barədə “Report”a konsulluqdan məlumat verilib.

Müsahibədə baş konsul N.Ağayev Azərbaycanın yerləşdiyi mürəkkəb bölgə, yürütdüyü tarazlaşıdırlmış xarici siyasət, müxtəlif dövlətlərlə qurduğu münasibətlər barədə danışıb. Ölkəmizin beynəlxalq terrorçuluğa qarşı apardığı mübarizədən bəhs edən diplomat 90-cı illərdə Azərbaycana qarşı həyata keçirilmiş terror aktları barədə tamaşaçıları məlumatlandırıb. N.Ağayev, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və etnik təmizləmə barədə də məlumat verib.

Qəzetin baş redaktoru Alexandro Masiel tərəfindən qələmə alınmış məqalədə isə, Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu inkişaf yolu, özünün neft və qaz ehtiyatlarından ağılla istifadə edərək qlobal strateji önəm qazanması və Qafqaz bölgəsində həqiqi gücə çevrilməsi qeyd olunur. Azərbaycanın çoxəsrlik tolerantlıq və dünyəvilik ənənələrinə toxunan müəllif, bu gün ölkədə müsəlman, xristian və yəhudilərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edir.

A.Masiel, həmçinin Azərbaycan torpaqlarının böyük bir hissəsinin Ermənistan tərəfindən işğal olunduğunu, bununla bağlı bir sıra beynəlxalq təşkilatların müvafiq qətnamələr qəbul etdiyini qeyd edir və bu qətnamələrə əsasən Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin törədildiyini bildirir.

Sonda müəllif Kaliforniyada erməni lobbisinin Azərbaycana qarşı intensiv fəaliyyət göstərdiyini vurğulayır.

Son xəbərlər

Orphus sistemi