Yuxarı

Mariya Zaxarova: "Qarabağ münaqişəsinin daha da kəskinləşməsi yolverilməzdir"

RF XİN: Dağlıq Qarabağ münaiqşəsinin kəskinləşməsi yolverilməzdir
© Report — Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

Rusiya Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasına qarşıdır, tərəfləri güc tətbiq etməməyə çağırır.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Ermənistanla Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatıq. Bu gərginlik atəşkəs rejiminin davamına dair bu yaxınlardakı razılaşmalara, siyasi çözüm əldə etmək niyyətilə bağlı verilən açıqlamalara ziddir”, - deyən rusiyalı rəsmi Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasının yolverilməz olduğu qənaətində olduqlarını dilə gətirib: “Biz qarşıdurma tərəflərini təmkinli olmağa, güc tətbiq etməməyə, vəziyyəti sabitləşdirmək istiqamətində addımlar atmağa çağırırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi