​RF Şurasının sədri Ermənistan prezidenti ilə Qarabağ münaqişəsini müzakirə edib

​RF Şurasının sədri Ermənistan prezidenti ilə Qarabağ münaqişəsini müzakirə edib Valentina Matviyenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyəti noyabrın 2-də Ermənistana səfər edib
Qarabağ
3 Noyabr , 2015 13:22
​RF Şurasının sədri Ermənistan prezidenti ilə Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 3 noyabr. REPORT.AZ/ Rusiya Federasiya (RF) Şurasının sədri Valentina Matviyenko Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər veri ki, bu haqda Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, görüş zamanı tərəflər bir sıra məsələlər, o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsinə dair fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Valentina Matviyenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyəti noyabrın 2-də Ermənistana səfər edib.

Son xəbərlər

Orphus sistemi