Rəsmi Bakı Sarqsyanın “danışıqlardan imtina edirik” açıqlamasına münasibət bildirib

Rəsmi Bakı Sarqsyanın “danışıqlardan imtina edirik” açıqlamasına münasibət bildirib “Azərbaycan beynəlxalq birliyin köməyi ilə torpaqlarını işğaldan azad edəcək”
Qarabağ
27 Aprel , 2016 10:36
Rəsmi Bakı Sarqsyanın “danışıqlardan imtina edirik” açıqlamasına münasibət bildirib

Bakı. 27 aprel. REPORT.AZ/ “Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda panel iclasında deyib.

“Münaqişənin həll edilməsinə yaxınlaşanda ermənilər təxribata əl atırlar. Bu proses 10-12 il bundan əvvəl, 2009-2014-cü illərdə olub. Bu ilin aprelin əvvəllərində ermənilər təxribata əl atdılar. Onlar həmsədr ölkələrin münaqişənin həllində maraqlı olmasını görüb bu yola əl atdılar. Cavablarını da aldılar. Bir neçə gün əvvəl də Serj Sarqsyan müsahibəsində bildirib ki, danışıqlardan imtina edir. Bununla o, öz xalqı üçün pis edir. Azərbaycan beynəlxalq birliyin köməyi ilə torpaqlarını işğaldan azad edəcək”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi