“Report” Agentliyi Tbilisidə ermənilərin Sumqayıt hadisələri ilə bağlı təxribatının qarşısını alıb

“Report” Agentliyi Tbilisidə ermənilərin Sumqayıt hadisələri ilə bağlı təxribatının qarşısını alıb Tbilisi. 28 fevral. REPORT.AZ/ Ermənistanın Gürcüstandakı səfirliyi və Erməni Apostol Kilsəsinin nəzdində “Ayartun” adlı Mədəni-maarif və Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Tbilisidə Sumqayıt hadisələrinin 31-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Qarabağ
28 Fevral , 2019 18:06
“Report” Agentliyi Tbilisidə ermənilərin Sumqayıt hadisələri ilə bağlı təxribatının qarşısını alıb

Tbilisi. 28 fevral. REPORT.AZ/ Ermənistanın Gürcüstandakı səfirliyi və Erməni Apostol Kilsəsinin nəzdində “Ayartun” adlı Mədəni-maarif və Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Tbilisidə Sumqayıt hadisələrinin 31-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ötən gün axşam saatlarında “Facebook” sosial şəbəkəsində tədbir haqqında elanda Sumqayıt hadisələrinə həsr edilən fotokollajda 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş iki azyaşlı azərbaycanlı uşağın fotoşəkli də yerləşdirilmişdi.

“Report” İnformasiya Agentliyinin Gürcüstan bürosunun ermənilərin bu yalanının ifşa edildiyi “Ermənilərin növbəti yalanı: Xocalıda qətlə yetirilmiş uşaqlar Tbilisidə “Sumqayıt qurbanları” kimi təqdim olunub” başlıqlı xəbərindən sonra tədbirin “Facebook” səhifəsindəki elana dəyişiklik edilib.

Tədbir haqqında elandakı fotokollaj artıq silinib və guya Sumqayıt hadisələrinə aid olan digər fotoşəkillə əvəzlənib.

Bundan başqa, Ermənistan səfirliyinin rəsmi “Facebook” səhifəsindən də tədbirin elanı yığışdırılıb.

Beləliklə, ermənilərin Sumqayıt hadisələri ilə bağlı növbəti yalanı Tbilisidə ayaq tutsa da, yerimədi. Ermənilər anım tədbirinin elanında fotonu əvəzləməklə həm də özü-özlərini ifşa etmiş oldular.  

Son xəbərlər

Orphus sistemi