Azərbaycan Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb

Azərbaycan Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb "Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək"
Qarabağ
9 Noyabr , 2015 15:03
Azərbaycan Müdafiə Nazirliyi: Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, noyabrın 8-də saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək. 

Son xəbərlər

Orphus sistemi