​Azərbaycan XİN qondarma rejim “hökuməti”nin facebook səhifəsindəki “verified” statusunun ləğvi ilə bağlı açıqlama yayıb

​Azərbaycan XİN qondarma rejim “hökuməti”nin facebook səhifəsindəki “verified” statusunun ləğvi ilə bağlı açıqlama yayıb “Verified” statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb”
Qarabağ
19 Fevral , 2015 10:17
​Azərbaycan XİN qondarma rejim “hökuməti”nin facebook səhifəsindəki “verified” statusunun ləğvi ilə bağlı açıqlama yayıb

Bakı. 19 fevral. REPORT.AZ/ “Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, bildirib ki, XİN-in təlimatı əsasında Azərbaycanın ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”in facebook səhifəsinə verilmiş “verified” (tanınmış) statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.

Son xəbərlər

Orphus sistemi