Türk ekspert: "Qərb lobbiçiləri Qarabağ münaqişəsi nizamlanmadan Ermənistan-Türkiyə sərhədinin açılmasına ümid etməsinlər"

Türk ekspert: "Qərb lobbiçiləri Qarabağ münaqişəsi nizamlanmadan Ermənistan-Türkiyə sərhədinin açılmasına ümid etməsinlər" "Bu qərb ölkələrinin vergi ödəyiciləri onların vəsaitinin Ermənistanın xarici siyasətinə qətiyyən təsir etməməsi haqqında düşünməlidirlər"
Dağlıq Qarabağ münaqişəsi
6 Yanvar , 2015 10:32
Türk ekspert: Qərb lobbiçiləri Qarabağ münaqişəsi nizamlanmadan Ermənistan-Türkiyə sərhədinin açılmasına ümid etməsinlər

Bakı. 6 yanvar. REPORT.AZ/ "Dağlıq Qarabağ probleminin həlli yalnız Qafqazda davamlı sülh və sabitlik üçün deyil, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün mühüm şərtdir".

"Report" xəbər verir ki, bu barədə Strateji Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Kamer Kasımın "The Journal of Turkish Weekly" jurnalında dərc olunmuş məqaləsində yazılıb.

Onun sözlərinə görə, qərb lobbiçiləri onların maliyyə dəstəyi ilə Ermənistanın Qərbə daha yaxın olacağını hesab edərək, Qarabağ münaqişəsi nizamlanmadan Ermənistan-Türkiyə sərhədinin açılmasına ümidlərində yanılıblar. 

"Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmasından məyus olmuş qərb ölkələrinin vergi ödəyiciləri onların vəsaitinin Ermənistanın xarici siyasətinə qətiyyən təsir etməməsi haqqında düşünməlidirlər", - türk politoloq hesab edir.

Son xəbərlər

Orphus sistemi