Qərb bölgəsində Xocalı soyqırımı anıldı - FOTO

Qərb bölgəsində Xocalı soyqırımı anıldı - FOTO Gəncə şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Qarabağ
26 Fevral , 2020 20:47
Qərb bölgəsində Xocalı soyqırımı anıldı - FOTO

Gəncə şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasim Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2” yaşayış massivindəki “Xocalı” abidəsinin önündə baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncədə məskunlaşan Xocalı sakinləri iştirak ediblər.

N.Bayramov və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyublar.

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.

Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib.

Bundan başqa, Tovuz rayonu və Naftalan şəhərində də Xocalı soyqırımının qurbanları yad edilib.

Son xəbərlər

Orphus sistemi