Qərargah rəisi: "KTMT müharibə başlayacağı halda Qarabağdakı separatçıları dəstəkləməyəcək"

Qərargah rəisi: "KTMT müharibə başlayacağı halda Qarabağdakı separatçıları dəstəkləməyəcək" Anatoli Sidorov: "KTMT bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil"
Qarabağ
6 Mart , 2018 14:21
Qərargah rəisi: KTMT müharibə başlayacağı halda Qarabağdakı separatçıları dəstəkləməyəcək

Bakı. 6 mart. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müharibə başlayacağı halda Dağlıq Qarabağdakı separatçıları dəstəkləməyəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov "KTMT-yə üzv dövlətlərin hərbi təhlükəsizliyinə əsas təhdidlər" Moskva-Yerevan-Astana-Bişkek-Minsk telekörpüsü zamanı deyib.

Onun sözlərinə görə, KTMT-nin bütün müqavilələri Ermənistan ilə bağlanıb və buna müvafiq olaraq yalnız rəsmi Yerevan qarşısında müəyyən öhdəlikləri var.

Birləşmiş Qərargah rəisi xüsusi vurğulayıb ki, KTMT quruma üzv olan hansısa ölkənin iştirakçısı olduğu bu və ya digər münaqişəyə müvafiq yardım çağırışı olmadan müdaxilə etmək səlahiyyətinə malik deyil.

Son xəbərlər

Orphus sistemi