Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib

Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri hərbi-siyasi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Dağlıq Qarabağ münaqişəsi
3548
29 Sentyabr , 2020 14:54
Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri hərbi-siyasi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Bu barədə "Report"a İcmadan məlumat verilib.

İcma təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərindən dinc əhalinin atəşə tutulduğunu və nəticədə mülki şəxslər arasında təlafat baş verdiyini, evlərin, çox mənzilli yaşayış binaların dağıdılması ilə bağlı faktları beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

Həmçinin azərbaycanlı dinc əhaliyə məxsus fərdi təsərrüfatların Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində zərər çəkdiyinə diqqət yönəldilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı indiyə qədər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri əsas götürərək Ermənistanın tərəfindən bu sənədlərin icrasına imkan yaradılmadlğını xüsusi ilə qeyd edib.

İcma beynəlxalq təşkilatları təmas xəttində Ermənistan tərəfindən həyata keçirilən hərbi-siyasi cinayətlərə göz yummamağa çağırıb. İcma bəyan edib ki, beynəlxalq təşkilatların haqqı müdfiə etməməsi bu təşkilatların nüfuzuna böyük zərbə vurur.

Son xəbərlər

Orphus sistemi