Qarabağda yol qəzası olub, 3 erməni ölüb

Qarabağda yol qəzası olub, 3 erməni ölüb Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 etnik erməni ölüb.
Qarabağ
15 Noyabr , 2018 10:55
Qarabağda yol qəzası olub, 3 erməni ölüb
0 : 00
0 : 00

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 etnik erməni ölüb.

“Report” "Sputnik Armeniya"ya isinadən xəbər verir ki, qəza işğal altında saxlanılan keçmiş Ağdərə rayonu ərazisində olub.

Bildirilib ki, hadisə “Opel Astra” markalı avtomobilin 300 metrlik yüksəklikdən dərəyə yuvarlanması nəticəsində baş verib.

Ölənlərdən 57 yaşlı Varazadat M. (Gümrü) və 33 yaşlı Andranik Ş. (Panik) Ermənistan vətəndaşıdır. Sürücü 53 yaşlı David.V-nın isə Azərbaycan vətəndaşı, Qarabağ sakini olduğu iddia edilir.  

Son xəbərlər

Orphus sistemi