Qarabağda öldürülən əsgərin qohumları Yerevanda yolu bağlayıblar

Qarabağda öldürülən əsgərin qohumları Yerevanda yolu bağlayıblar Ermənistan silahlı qüvvələrinin naməlum şəraitdə ölən əsgəri Artur Acamyanın qohumları Yerevanda Respublika meydanına gedən yolu bağlayıb.
Qarabağ
26 Dekabr , 2019 15:15
Qarabağda öldürülən əsgərin qohumları Yerevanda yolu bağlayıblar

Ermənistan silahlı qüvvələrinin naməlum şəraitdə ölən əsgəri Artur Acamyanın qohumları Yerevanda Respublika meydanına gedən yolu bağlayıb.

“Report” xəbər verir ki, məlumatı “Newsarmenia” yayıb.

Bildirilib ki, etiraz aksiyasının iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb ediblər.

Məlumata görə, hökumət başçısı əvvəlcə etirazçıların qarşısına çıxmaq istəyib, ancaq onların yolu kəsməsini bəhanə edərək fikrindən dönüb.

Qeyd edək ki, dekabrın 2-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi, 1998-ci ildə anadan olmuş, yezidi kürdü Artur Acamyan qeyri-müəyyən şəraitdə ölüb, 1999-cu ildə anadan olmuş hərbçi David Melikbekyan isə yaralanıb. Araşdırma nəticəsində Acamyanın öldürüldüyü aşkarlansa da, rəsmilər əsgərin intihar etdiyini bildirirlər.

Son xəbərlər

Orphus sistemi